Xidmət Haqqında

Peşəkar və funksional veb saytlar biznesinizin rəqəmsal dünyadakı uğurunun əsas təməlidir. Online Media komandası olaraq, brendinizin unikal xüsusiyyətlərini əks etdirən, müasir və istifadəçi dostu veb saytlar hazırlayırıq. Sürətli yüklənmə, mobil uyğunluq və SEO dostu struktur ilə saytlarınız həm müştərilərinizin, həm də axtarış motorlarının diqqətini çəkəcək. Təhlükəsizlik və performans baxımından mükəmməlliyi təmin edən həllərimizlə onlayn dünyada fərq yaratmaq üçün ideal həllər təqdim edirik.

Əsas Üstünlüklərimiz

  • Unikal Dizayn: Brendinizin şəxsiyyətini əks etdirən müasir və cəlbedici dizaynlar.
  • Mobil Uyğunluq: Hər cihazda mükəmməl işləyən responsiv veb saytlar.
  • SEO Dostu Struktur: Axtarış motorlarında yüksək mövqelərə çatmaq üçün optimallaşdırma.
  • Tez Yüklənmə: Sürətli performansla istifadəçilərin gözləmə müddətini minimuma endiririk.
  • Təhlükəsizlik: Yüksək standartlara uyğun qorunma sistemləri ilə məlumatların təhlükəsizliyini təmin edirik.
  • Müştəriyə Xüsusi Yanaşma: Hər layihəni biznesinizin tələblərinə uyğun fərdiləşdiririk.

İş Prosesimiz

Bütün layihələrimizi planlı və mərhələli şəkildə həyata keçirərək müştərilərimizə izləmə imkanı təqdim edərək şəffaflığımızı qoruyuruq.

0%

Step

01/4

Planlaşdırma və Tələblərin Təhlili

Bu mərhələdə müştəri ilə görüşülərək veb saytın məqsədi, hədəf auditoriyası və funksionallıqları müəyyən edilir. Əsas tələblər toplanır və saytın strukturu planlaşdırılır.

  • Müştəri tələblərinin toplanması
  • Veb saytın məqsədinin müəyyənləşdirilməsi
  • Hədəf auditoriyanın təhlili
  • Funksionallıq və xüsusiyyətlərin müəyyən edilməsi

Dizayn və UX/UI Yaradılması

İlk eskizlər və dizayn konseptləri hazırlanır, istifadəçi təcrübəsi (UX) və interfeysi (UI) diqqətlə tərtib edilir. Saytın vizual üslubu, rəng palitrası və şrift seçimi müəyyən olunur.

  • İstifadəçi dostu dizayn hazırlanması
  • Vizuallar və rəng palitrasının seçimi
  • Veb saytın strukturu və naviqasiyası
  • Mobil və desktop uyumluluğunun təmin edilməsi

Kodlaşdırılma

Saytın arxitekturası və funksional hissələri kodlanır. İnteraktiv elementlər, məlumat bazası inteqrasiyaları və digər xüsusiyyətlər inkişaf etdirilir.

  • Kodlaşdırmanın həyata keçirilməsi
  • Məlumat bazası inteqrasiyası
  • Saytın serverdə yerləşdirilməsi
  • Təhlükəsizlik tədbirlərinin görülməsi

Test və Təkmilləşdirmə

Saytın hər bir hissəsi test edilir və yaranan səhvlər aradan qaldırılır. Son düzəlişlər edilərək sayt müştəriyə təqdim olunur və istifadəyə verilir.

  • Saytın işləmə sürətinin yoxlanması
  • Müxtəlif cihazlarda və brauzerlərdə test edilməsi
  • SEO optimizasiyası
  • Layihənin təhvil verilməsi

Gördüyümüz işlərdən bəziləri

Hazırladığımız Saytlar

dimplex
www.dimplex.az
Novella Kitab Evi
www.novella.az
izzeti.com
www.izzeti.com
MassaTel
www.massatel.com
qanunlar.az
www.qanunlar.az
Grand rent a car
www.grandrent.az

Və Daha onlarla uğurlu layihə...

TVS

Tez-tez Verilən Suallar

Müştərilər tərəfindən ən çox ünvanlanan suallar və cavabları

1. Veb sayt hazırlanması nə qədər vaxt aparır?

Saytın hazırlanma müddəti layihənin mürəkkəbliyindən asılıdır. Sadə vizitka saytları 5-7 iş günü ərzində, biznes saytları 3-4 həftə ərzində, xüsusi funksionallı saytlar isə 2-3 ay müddətində tamamlana bilər.

2. Veb saytın hazırlanma qiyməti nə qədərdir?

Qiymət saytın növünə, dizaynına və funksionallığına görə dəyişir. Sadə saytların hazırlanması 600 manatdan başlayır.

3. Sayt mobil telefonlara uyğun olacaqmı?

Bəli! Bütün saytlarımız responsiv (mobil uyğun) dizaynda hazırlanır və telefon, planşet və kompüterlərdə ideal görünüş təmin edilir.

4. Saytım SEO uyumlu olacaqmı?

Bəli! Hazırladığımız saytlar SEO dostu olur. Saytın quruluşu, URL-lər, başlıqlar və sürət optimallaşdırılır ki, Google və digər axtarış sistemlərində daha yaxşı indekslənsin.

5. Hosting və domen xidməti də təqdim edirsiniz?

Bəli, biz domen (.az, .com, .net və s.) və hosting xidmətləri təqdim edirik. Müştərilər istəsə, öz hostinqini də istifadə edə bilərlər.

6. Saytımı sonradan yeniləyə və dəyişə bilərəmmi?

Bəli! Sayta əlavə funksiyalar və dizayn dəyişiklikləri etmək mümkündür. Gələcəkdə saytınızı inkişaf etdirmək üçün əlavə dəstək göstərə bilərik.

7. Saytın təhlükəsizliyi necə təmin olunur?

Saytlar SSL sertifikatı, təhlükəsizlik plaginləri və firewall-larla qorunur. Bundan əlavə, mütəmadi ehtiyat nüsxələri çıxarılır.

8. Saytın hazırlanmasından sonra texniki dəstək göstərirsinizmi?

Bəli! Müştərilərimizə 3 aylıq pulsuz texniki dəstək təqdim edirik. Daha uzunmüddətli texniki dəstək üçün ayrıca xidmətlər mövcuddur.

9. Saytın dizaynını necə seçirəm?

Biz müxtəlif dizayn şablonları təklif edirik və ya sizin tələblərinizə uyğun xüsusi dizayn yaradırıq. İstədiyiniz üslubu, rəng palitrasını və strukturunu bizə izah edərək saytınızın dizaynını seçə bilərsiniz.

10. E-ticarət saytımı necə idarə edəcəyəm?

E-ticarət saytlarınıza istifadəçi dostu idarəetmə paneli təqdim edirik ki, məhsul əlavə etmək, qiymətləri dəyişdirmək və sifarişləri izləmək asan olsun.

Təklif AL

Elə indi məlumatlarınızı daxil edərək sorğu göndərin və ən qısa zamanda sizinlə əlaqə saxlayaq.