google ads

Google Ads Nədir? — Növləri və Üstünlükləri

Hər gün milyardlarla insan Google-da axtarış edir. Siz də məhsul və ya xidmətinizi həmin insanlara göstərmək istəyirsiniz, amma necə? Cavab sadədir — Google Ads Reklamları. Dünyada ən geniş yayılmış rəqəmsal reklam platforması olan Google Ads, kiçik bir çörəkçi dükanından tutmuş qlobal e-ticarət nəhənginə qədər hər növ işi böyütmək üçün istifadə olunur.

Bu yazıda Google Ads-in nə olduğunu, necə işlədiyini, hansı reklam növlərinin mövcud olduğunu və başlamaq üçün nələrə ehtiyacınız olduğunu addım-addım izah edəcəyik.

Google Ads Nədir?

Google Ads — əvvəllər Google AdWords adı ilə tanınan — Google-un öz rəqəmsal reklam platformasıdır. Bu platforma vasitəsilə siz reklamlarınızı:

  • Google Axtarış nəticələrində
  • YouTube videolarında
  • Gmail-də
  • Milyonlarla veb saytda (Google-un tərəfdaş şəbəkəsində)

göstərə bilərsiniz.

Ən vacib xüsusiyyəti isə budur: siz yalnız birilisi reklamınıza klik etdikdə ödəyirsiniz. Bu model PPC (Pay-Per-Click — hər klik üçün ödəniş) adlanır. Yəni 10.000 nəfər reklamınızı görüb, amma yalnız 300 nəfər üstünə klik etsə, siz yalnız həmin 300 klik üçün pul verirsiniz.

Bu sadə, amma güclü bir mexanizmdir. Televiziya və ya qəzet reklamı kimi “hamıya göstər, ümid et” yanaşması deyil — burada siz tam olaraq hədəflədiyiniz auditoriyaya çatırsınız.

Google Ads Necə İşləyir?

Google Ads hərrac (auction) sistemi əsasında fəaliyyət göstərir. Hər dəfə bir istifadəçi Google-da axtarış etdikdə, arxa planda bir hərrac baş verir — bütün bu proses saniyənin bir hissəsindən az vaxt ərzində tamamlanır.

Hərracda üç əsas amil reklamınızın yerini müəyyən edir:

1. Maksimum Təklif (Max Bid)

Siz bir klik üçün ödəməyə hazır olduğunuz maksimum məbləği müəyyən edirsiniz. Məsələn, “avtomobil sığortası” açar sözü üçün hər klikə 2 AZN təklif edə bilərsiniz.

2. Keyfiyyət Balı (Quality Score)

Google reklamınızın keyfiyyətini 1-dən 10-a qədər bir skala ilə qiymətləndirir. Bu bal aşağıdakılara əsasən hesablanır:

  • Reklamın açar sözlə nə qədər uyğun olduğu
  • İstifadəçinin kliklədiyi açılış səhifəsinin (landing page) keyfiyyəti
  • Gözlənilən klik nisbəti (CTR)

3. Reklam Reytinqi (Ad Rank)

Reklam reytinqi = Maksimum Təklif × Keyfiyyət Balı

Bu formuldan göründüyü kimi, daha yüksək pul ödəmək həmişə birinci yerdə olmaq demək deyil. Reklamınız daha keyfiyyətlidirsə, rəqibinizdən az pul xərcləyərək daha yüksək mövqe əldə edə bilərsiniz. Bu, kiçik bizneslərin böyük şirkətlərlə rəqabət apara bilməsinin əsas səbəbidir.

Google Ads Reklam Növləri

Google Ads bir platforma olsa da, içərisində çox müxtəlif reklam formatları mövcuddur. Hər biri fərqli məqsədlər üçün nəzərdə tutulub. Gəlin hər birini ətraflı nəzərdən keçirək.

1. Axtarış Reklamları (Search Ads)

search ads

 

Bu, əksər insanın “Google reklamı” dedikdə ağlına gələn formatdır. Google-da bir şey axtardığınızda nəticələrin üstündə “Reklam” yazısı ilə görünən mətnlər məhz Search Ads-dir.

Necə işləyir?
Siz müəyyən açar sözlər seçirsiniz — məsələn, “Bakıda dişçi klinikalrı” və ya “ucuz uçuş biletləri”. İstifadəçi həmin açar sözü axtardıqda, reklamınız nəticələrin yuxarısında (adətən ilk 3-4 mövqedə) görünür.

Quruluşu:

  • Başlıq (Headline): 3 başlığa qədər, hər biri 30 simvol
  • Açıqlama (Description): 2 açıqlamaya qədər, hər biri 90 simvol
  • Görünən URL (Display URL): Reklamda göstərilən veb ünvan

Nə zaman istifadə etməli?
İnsanlar aktiv olaraq sizin məhsul və ya xidmətinizi axtaranda. Məsələn, kimisi “iPhone 15 al” deyə yazırsa, o insan artıq almağa hazırdır — bu fürsəti qaçırmayın.

Üstünlükləri:

  • Yüksək niyyətli (high-intent) auditoriya — insanlar artıq axtarır
  • Dərhal nəticə — SEO kimi aylar gözləmək yoxdur
  • Büdcəyə tam nəzarət

Çatışmazlıqları:

  • Rəqabətli sahələrdə klik qiyməti çox yüksək ola bilər
  • Reklamı dayandırdıqda trafik dərhal kəsilir

2. Display Reklamları (Display Ads)

display ads

 

Display reklamları veb saytlarda, bloqlarda, xəbər portallarında, mobil tətbiqlərdə gördüyünüz şəkil və ya banner reklamlardır. Bunlar Google Display Network (GDN) vasitəsilə yayılır — bu şəbəkə 2 milyondan çox veb saytı əhatə edir.

Necə işləyir?
Google-un tərəfdaş olduğu saytlara daxil olan istifadəçilər ekranın müxtəlif yerlərində sizin reklamlarınızı görür. Siz hədəf auditoriya, maraqlar, yaş qrupu, coğrafi yer kimi filtrlərlə kimin reklamınızı görəcəyini seçirsiniz.

Format növləri:

  • Statik banner: Sadə şəkil reklamı (728×90, 300×250 kimi standart ölçülər)
  • Animasiyalı GIF: Hərəkətli banner
  • Responsive Display Ads: Siz şəkil, başlıq, açıqlama təqdim edirsiniz — Google özü müxtəlif formatlarda uyğunlaşdırır
  • HTML5 reklamlar: İnteraktiv, animasyonlu reklamlar

Hədəfləmə seçimləri:

  • Kontekstual hədəfləmə: Reklam mövzunuzla uyğun saytlarda görünür (məsələn, avtomobil haqqında məqalədə avtomobil sığortası reklamı)
  • Auditoriya hədəfləmə: Müəyyən maraqları olan insanlara
  • Remarketing: Əvvəlcədən sizin saytınıza gəlmiş ziyarətçilərə
  • Oxşar auditoriya (Similar Audiences): Mövcud müştərilərinizə bənzər insanlara

Nə zaman istifadə etməli?
Brendinizi tanıtmaq, yeni məhsul üçün maraq oyatmaq və ya remarketing kampaniyaları üçün idealdır. Search reklamından fərqli olaraq, burada insan hər zaman axtarışda olmaya bilər — siz onu “yad edirsiniz”.

Üstünlükləri:

  • Geniş əhatə dairəsi
  • Vizual cəlbedicilik — şəkil və dizaynla diqqət çəkmək mümkün
  • Search reklamına nisbətən daha ucuz CPC (klik qiyməti)

Çatışmazlıqları:

  • Niyyəti aşağı — insan məhsulunuzu axtarmırdı, sadəcə başqa bir saytdaydı
  • Banner körlüyü (banner blindness) — insanlar bannerlərə artıq diqqət etmir

3. Video Reklamları (Video Ads / YouTube Ads)

youtube ads

 

YouTube dünyada ikinci ən böyük axtarış mühərrikidir. Aylıq 2 milyarddan çox aktiv istifadəçisi olan bu platformada Google Ads vasitəsilə reklam yerləşdirmək mümkündür.

Video reklam növləri:

a) Skippable In-Stream Ads (Keçilə bilən reklamlar)
Videonu izləməzdən əvvəl və ya zamanı görünür. İstifadəçi 5 saniyədən sonra “Reklamı keç” düyməsini basa bilər. Siz yalnız 30 saniyəyə qədər izlənildikdə və ya tam izlənildikdə ödəyirsiniz — bu da büdcəni qorumaq üçün əladır.

b) Non-Skippable In-Stream Ads (Keçilə bilməyən reklamlar)
15-20 saniyəlik reklamlardır, keçmək olmur. Mesajınızı tam çatdırmaq istəyirsinizsə idealdır, amma istifadəçini incitməmək üçün diqqətli olmaq lazımdır.

c) Bumper Ads
Yalnız 6 saniyəlik qısa, keçilə bilməyən reklamlar. Ani, güclü mesajlar üçün əla seçimdir. Adətən böyük bir kampaniyanın tamamlayıcısı kimi istifadə olunur.

d) In-Feed Video Ads
YouTube axtarış nəticələrində, ana səhifədə və ya “Növbəti videolar” bölümündə görünür. İstifadəçi klikləyərək videoyu açır.

e) Outstream Ads
Yalnız mobil cihazlar üçün nəzərdə tutulub. YouTube-dan kənar Google tərəfdaş saytlarında görünür.

Nə zaman istifadə etməli?
Brend şüurunu artırmaq, məhsul nümayişi (demo), hissiyat yaradan hikayələr üçün ən güclü format. Xüsusilə gənc auditoriyaya çatmaq üçün əvəzolunmazdır.

4. Alış-veriş Reklamları (Shopping Ads / Google Shopping)

E-ticarət sahibisinizsə, bu format sizin üçün xüsusi hazırlanmışdır. Google-da bir məhsul axtardığınızda nəticələrin üstündə şəkil, qiymət və mağaza adı ilə görünən kartlar məhz Shopping Ads-dir.

Necə işləyir?
Siz Google Merchant Center vasitəsilə məhsul katalogunuzu Google-a yükləyirsiniz. Google isə axtarışlarla uyğun gəldikdə həmin məhsulları avtomatik göstərir. Açar sözlər siz seçmirsiniz — Google məhsul məlumatlarına əsasən özü qərar verir.

Göstərilən məlumatlar:

  • Məhsul şəkli
  • Məhsul adı
  • Qiymət
  • Mağaza adı
  • Reytinq (ulduzlar)

Nə zaman istifadə etməli?
Fiziki məhsullar satan onlayn mağazalar üçün mütləq istifadə edilməli. İnsan “qara dəri çanta” axtaranda sizin şəkliniz qiymətinizlə birlikdə onun qarşısına çıxır — bu dönüşüm nisbətini (conversion rate) dramatik artırır.

Üstünlükləri:

  • İstifadəçi kliklənmədən əvvəl şəkli və qiyməti görür — daha keyfiyyətli klik
  • Rəqiblərlə birbaşa qiymət müqayisəsi mümkündür
  • Vizual cəlbedicilik

5. Tətbiq Reklamları (App Campaigns)

Mobil tətbiqiniz varsa, onu tanıtmaq üçün xüsusi kampaniya növü: App Campaigns. Bu kampaniyalar Google Axtarışında, YouTube-da, Google Play-də, Gmail-də və Display Şəbəkəsində avtomatik olaraq tətbiqinizi tanıdır.

Siz sadəcə bir neçə başlıq, açıqlama, büdcə və hədəf (yükləmə sayı və ya tətbiq daxili əməliyyat) müəyyən edirsiniz — qalanını Google öz alqoritmi ilə idarə edir.

6. Smart Kampaniyalar (Smart Campaigns)

Kiçik biznes sahibləri üçün nəzərdə tutulmuş, tamamilə avtomatlaşdırılmış reklam formasıdır. Google özü hədəfləri, açar sözləri, təklifləri idarə edir. Texniki bilik tələb etmir, amma eyni zamanda nəzarət imkanları da məhduddur.

7. Performance Max Kampaniyaları

Google-un ən yeni və ən geniş əhatəli kampaniya formasıdır. Bir kampaniya ilə eyni anda bütün Google kanallarını (Axtarış, Display, YouTube, Gmail, Discover, Maps) əhatə edir. Süni intellektlə idarə olunur — siz hədəf müəyyən edirsiniz, Google isə ən optimal nəticəyə çatmaq üçün hər şeyi özü tənzimləyir.

Açar Söz Növləri — Reklamınızı Kim Görür?

Search kampaniyalarında açar söz növünü seçmək çox vacibdir. Bu seçim reklamınızın hansı axtarışlara cavab verəcəyini müəyyən edir.

Növ Nümunə Hansı axtarışlarda görünür
Geniş Uyğunluq (Broad Match) idman ayaqqabısı Nike ayaqqabı, qaçış üçün ayaqqabı, ən yaxşı krossovka
Fraza Uyğunluğu (Phrase Match) “idman ayaqqabısı” ucuz idman ayaqqabısı al, idman ayaqqabısı Bakı
Dəqiq Uyğunluq (Exact Match) [idman ayaqqabısı] Yalnız “idman ayaqqabısı” və çox yaxın variantları
Mənfi Açar Söz (Negative Keyword) -pulsuz “pulsuz idman ayaqqabısı” axtaranlara göstərməmək

Google Ads-in Əsas Göstəriciləri (Metriklər)

Google Ads-də müvəffəqiyyəti ölçmək üçün istifadə olunan bəzi vacib terminlər:

  • İmpression (Görüntüləmə): Reklamınızın neçə dəfə göründüyü
  • Click (Klik): Reklamınıza neçə dəfə klikləndiyı
  • CTR (Click-Through Rate): Klik nisbəti = Kliklər / Görüntüləmələr × 100
  • CPC (Cost Per Click): Hər klikin orta qiyməti
  • Conversion: İstifadəçinin alış, qeydiyyat və ya zəng kimi hədəf əməliyyatı icra etməsi
  • CPA (Cost Per Acquisition): Bir dönüşümün orta qiyməti
  • ROAS (Return on Ad Spend): Reklama xərclənən hər manata geri qayıdan gəlir
  • Quality Score: Google-un reklamınıza verdiyi keyfiyyət balı (1-10)
  • Impression Share: Reklamınızın görünməsi mümkün olan hallara nisbətən nə qədər göründüyü

Google Ads-ə Başlamaq — Addım-Addım

Addım 1: Google Ads hesabı açın
ads.google.com saytına daxil olun, Google hesabınızla qeydiyyatdan keçin.

Addım 2: Kampaniya hədəfinizi müəyyən edin
Satışı artırmaq? Sayta trafik gətirmək? Zəng almaq? Brend tanıtımı? Hər hədəf fərqli kampaniya strukturunu tələb edir.

Addım 3: Büdcənizi müəyyən edin
Gündəlik büdcə müəyyən edirsiniz. Başlanğıc üçün 15-30 AZN/gün kifayət edə bilər, amma rəqabətli sahələrdə bu rəqəm yüksək ola bilər.

Addım 4: Açar sözlər seçin
Google Keyword Planner alətindən istifadə edin. Hər açar sözün axtarış həcmini, rəqabət səviyyəsini və təxmini CPC-sini görə bilərsiniz.

Addım 5: Reklamlarınızı yazın
Başlıqlarınız açar sözlə uyğun olsun. Açıqlamada fayda (benefit) vurğulayın, nəticəyə çağırış (call-to-action) əlavə edin.

Addım 6: Açılış Səhifəsini (Landing Page) hazırlayın
İstifadəçi kliklədikdə getdiyi səhifə yüksək keyfiyyətli olmalıdır. Sürətli yüklənməli, mobil uyğun olmalı, reklamdakı vədi yerinə yetirməlidir.

Addım 7: Konversiya izləməni qurun
Google Tag Manager vasitəsilə alışları, form göndərmələrini, zəngləri izləyin. Bu məlumatlar olmadan kampaniyanızı optimallaşdıra bilməzsiniz.

Addım 8: İzləyin, test edin, optimallaşdırın
Google Ads “qur və unut” sistemi deyil. Hər həftə performans göstəricilərinə baxın, test edin, zəif işləyən açar sözləri söndürün, güclüləri gücləndirin.

Google Ads-in Üstünlükləri və Çatışmazlıqları

Üstünlükləri:

  • Dərhal nəticə: SEO-dan fərqli olaraq reklamlar dərhal işə başlayır
  • Dəqiq hədəfləmə: Coğrafiya, cihaz, vaxt, dil, maraqlar üzrə
  • Tam ölçülə bilən nəticə: Hər manata nə qədər qazandığınızı bilirsiniz
  • Büdcəyə tam nəzarət: İstənilən vaxt dayandıra, artıra, azalda bilərsiniz
  • Müxtəlif format: Mətn, şəkil, video, alış-veriş — hər məqsəd üçün format var

Çatışmazlıqları:

  • Dayananda trafik kəsilir: Orqanik trafik kimi passiv deyil
  • Rəqabətli sahələrdə baha: Bəzi sektorlarda CPC çox yüksək ola bilər
  • Öyrənmə dövrü: Platformanı öyrənmək vaxt tələb edir
  • Reklam saxtakarlığı (Click Fraud): Rəqiblər tərəfindən süni kliklər ola bilər (Google bunu minimuma endirmək üçün sistemlər işlədib)

Google Ads Sizin Üçün Uyğundurmu?

Əgər məhsul ya xidmət satırsınızsa, müştərilərinizin Google-da axtardığını bilirsinisə və nəticələri ölçmək istəyirsinizsə — Google Ads mütləq işə yarayacaq.

Əlbəttə, hər şey strategiyadan asılıdır. Düzgün açar söz araşdırması, keyfiyyətli reklam mətnləri, optimallaşdırılmış açılış səhifəsi və müntəzəm analiz olmadan büdcənizi boşa xərcləmək riski var. Amma düzgün qurulduqda Google Ads, hər xərclənən manata bir neçə manatlıq qazanc gətirən ən güclü rəqəmsal marketinq alətlərindən biridir.

Başlamaq üçün ən yaxşı vaxt indidi. Kiçik büdcə ilə test edin, nəticələri izləyin, öyrənin — zamanla sistemi getdikcə daha yaxşı başa düşəcəksiniz.

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir